Konqoda Eboola epidemiyasından ölənlərin sayı 5,2 minə çatır Gündəm

Konqoda Eboola epidemiyasından ölənlərin sayı 5,2 minə çatır

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından təsdiqlənmiş ölüm hallarının sayı 5,2 minə yaxınlaşıb. Ölkədə ümumilikdə 10,6 mindən çox xəstələnmə faktı aşkar edilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə KDR Səhiyyə Nazirliyinin tərkibinə daxil olan Milli İctimai Səhiyyə İnstitutu məlumat yayıb.

İnstitutun bülletenində qeyd olunur ki, "KDR-də epidemiyanın başlanğıcından bəri ümumilikdə 10 668 təsdiqlənmiş yoluxma faktı və 5 198 ölüm halı qeydə alınıb, ölüm göstəricisi 48,7% təşkil edir". Ümumi hallarının 70,2%-nin payına düşdüyü İturi əyaləti epidemiyanın episentri olaraq qalır. Epidemiya KDR-in səkkiz əyalətindəki 178 tibb zonasından 67-sini əhatə edib.

Afrikadakı mövcud Ebola alovlanmasına Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən sertifikatlaşdırılmış dərmanı və peyvəndi olmayan nadir Bundibukyo virusu səbəb olub. Mütəxəssislər qeyd edirlər ki, 1976-cı ildə virus identifikasiya olunandan bəri Afrikada bu xəstəliyin heç bir alovlanması indiki qədər sürətlə yayılmamışdı. O, may ayında KDR və Uqandada başlayıb. Uqanda hakimiyyəti iyulun 28-də ölkədə alovlanmanın başa çatdığını elan edib. Avqustun 25-də ÜST bu məlumatı təsdiqləyib. Oktyabrın 6-da Keniyanın hakimiyyət orqanları ölkədə ilk Ebola yoluxması halını elan ediblər. Oktyabrın 20-də isə Nigeriya Səhiyyə Nazirliyi ölkə ərazisində Ebola xəstəliyinin aşkarlandığını bildirib.

Məryəm Quliyeva