Nə Liberman, nə də "Dəmir Qübbə" İsraili qoruya bildi
Qəzzə zolağından İsrailə 500-ə yaxın raketdən atəş açılıb, "Kornet" raketi ilə İsrail əsgərlərinin olduğu avtobus partladılıb, fələstinli komandos qrupunun əməliyyatı ilə İsrail zabiti öldürülüb. Bunun qarşılığında Qəzzada 160-dan çox hədəf vurulub və İsrailin müdafiə naziri istefa verib. "Strateq" "Jerusalem Post"a istinadən yazır ki, bütün bunlar 72 saatlıq müddətdə baş verib.
Son gərginlik bazar günü gecəsi Qəzzadakı Xan Yunisdə İsrail ordusunun elit bölməsinin uğursuz reydi zamanı baş verib. İsrail əsgərləri və fələstinlilər arasında atışma yaranıb. Nəticədə bir İsrail zabiti və 7 fələstinli öldürülüb. Növbəti gün "HƏMAS"-çılar "Kornet" raketi ilə bir avtobusu atəşə tutublar. Əsgərlər avtobusdan düşdüyündən cəmi bir nəfər hərbi qulluqçu və sürücü ağır yaralanıb.
İsrail yaşayış məntəqələrinə raket hücumları bundan sonra başlayıb. İsraildən atılan 160 raketlə "HƏMAS" və "İslami Cihad"ın hədəfləri vurulub, onlardan bəziləri İsrail ordusunun "strateji aktivlər" adlandırdığı silahqayırma mərkəzləridir. Hər iki tərəfin qorxduğu müharibə baş verə biləcəyindən "HƏMAS" və İsrail arasında atəşkəs razılaşması imzalanıb. Hökumətin atəşkəslə razılaşmasına baxmayaraq, çərşənbə günü, İsrailin "terrora təslim olduğunu" deyərək müdafiə naziri Aviqdor Liberman da daxil olmaqla, bir neçə millət vəkili buna qarşı çıxıb. Liberman bildirib ki, "HƏMAS"-la danışıqlar apararaq İsrail "milli təhlükəsizliyinə ciddi ziyan vurulma ilə nəticələnəcək qısamüddətli sakitliyi satın alır".
"HƏMAS"-ın rəsmisi xanım Xusan Badran çərşənbə axşamı günü bildirib ki, "Netanyahu bu turu bitirməklə maraqlanırsa, o, ağılsız davranışı ilə gərginliyin artmasına səbəb olan müdafiə naziri Libermanı istefaya göndərməlidir". Növbəti gün "HƏMAS" Libermanın istefasını alqışlayaraq bildirib: bu, hərbi qarşıdurmada İsrailin məğlubiyyətini əks etdirir. "İslami Cihad" da Libermanın istefasını məmnuniyyətlə qarşılayıb və "Qəzzadakı müqaviməti sındırmaq istəyən hər kəsə bunun bir dərs olduğunu" deyib.
"HƏMAS" və "İslami Cihad", həmçinin bir anda yüzlərlə böyük raket ataraq, fələstinlilərin "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemini müvəffəqiyyətə adlaya bilmək qabiliyyətini göstəriblər. "Dəmir Qübbə"nin təxminən 120 raketi ələ keçirsə də, 20 raket şəhər ərazilərinə düşüb və bir neçə yaşayış binasına dəyib. Nəticədə 48 yaşlı fələstinli Mahmud Əbu Asbu ölüb və 100-ə yaxın adam yaralanıb.
İsrail ordusu səlahiyyətliləri "Dəmir Qübbə"nin hermetik olmadığını və 100%-lik qorunma ilə təmin edə bilməyəcəyini vurğulayarkən, bəzi cənub sakinləri məskunlaşma sahələrində narahatlıq keçirirlər. Sderotanın bir sakini "Jerusalem Post"-a deyib ki, şimal cəbhəsi daha yüksək strateji narahatlıq məkanı doğurduğu üçün cənub ərazilərində yerləşdirilən "Dəmir Qübbə" batareyaları kifayət qədər deyil. Cənub sakinləri, 15 ildir ki, raket hücumlarından və Qəzzə ilə üç müharibədən yorğun olan İsrail ordusuna dəstək verməyə davam edirlər, lakin bir çoxları səylərinin siyasi oyunlarla itirdiyini deyir.
"Mən Likud Partiyasının tərəfdarıyam. Amma bu nə həyatdır yaşayırıq? – deyə Sderotlu digər bir sakin raket atəşindən sonrakı atəşkəs zamanı "Post"-a bildirib. – İsrail Qəzzə ilə nə cürsə sülh yaratmalı və ya müharibə etməlidir. Biz belə yaşaya bilmərik". Liberman da istefa edərkən çıxışında deyib ki, "əgər mən vəzifədə qalsaydım, cənub sakinlərinin üzünə baxa bilməzdim".
Beləliklə, 2014-cü ildən, "Müdafiə hüdudu" kampaniyasından bəri komandosların uğursuz əməliyyatından 72 və ən ağır raket hücumundan 48 saat sonra Liberman istefa verib. Onu istefaya sürükləyən HƏMAS lideri İsmail Haniyə olub. Halbuki Haniyənin vəzifəsinin icrasına başlamasından 48 saat sonra öldürüləcəyi vədini məhz Liberman vermişdi.