“Türkmənistan Avrasiya İttifaqına üzv olmayacaq” Dünya

“Türkmənistan Avrasiya İttifaqına üzv olmayacaq”

Türkmənistan Rusiyanı strateji tərəfdaş hesab etsə də, Avrasiya İttifaqına üzv olmayacaq.
APA-nın verdiyi məlumata görə, bunu Türkmənistanın Rusiyadakı səfiri Berdımurat Rəcəbov bəyan edib.
Diplomatın sözlərinə görə, səfirlərlə görüşü zamanı Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Aşqabad-Moskva tərəfdaşlığının strateji əhəmiyyətini önə çəkib.
"Siyasi nöqteyi-nəzərdən Türkmənistanla Rusiya bir-birinə BMT, ATƏT, MDB və digər beynəlxalq təşkilatlarda dəstək verir. Bizim həmçinin Xəzər məsələsi ilə bağlı baxışlarımız eynidir", - deyə o vurğulayıb.
Avrasiya İttifaqına gəldikdə isə Rəcəbov qeyd edib ki, Aşqabad xarici siyasətdə əvvəlki kimi ikitərəfli münasibətlərin inkişafına üstünlük verir.