Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub
İran Səhiyyə Nazirliyi: ABŞ-ın son hücumlarında 50 nəfər ölüb, 500-dən çox yaralı var
FT: Zelenski Ukrayna ordusunun Baş Komandanı Sırskinin istefasını nəzərdən keçirir
Son həftədə Moskva istiqamətində 1892 dron hərəkət edib, 207-si şəhərə yaxınlaşarkən vurulub
27 İyun 2019 11:43
1 435
Azərbaycan bizim özümüzük. “Azərbaycan türkü”, “Türkiyə türkü” deyə ayırmağa nə ehtiyac var ki?
Bu sözləri açıqlamasında İstanbul böyükşəhər bələdiyyə başqanı seçilən Əkrəm İmamoğlunun müşaviri Murad Ongun deyib. M.Ongun seçkilərdən dərhal sonra Ə.İmamoğlunun ermənilərə təşəkkür etməsinin azərbaycanlılar arasında birmənalı qarşılanmamasına aydınlıq gətirib:
“Başqanın zəfər nitqində söylədiyi İstanbulda yaşayan icmalarla bağlı idi. İstanbulda çox sayda kürd, erməni, suriyalı, musəvi var. İmamoğlu onları nəzərdə tutaraq danışdı. Elə şey ola bilərmi ki, Əkrəm bəy erməninin adını çəksin, azərbaycanlıların adını çəkməsin?
Axıska türkü, Azərbaycan türkü deyə bir bölücülük etmək, əlbəttə ki, doğru olmazdı. Belə bir bölücülüyə getmək ağlımızın ucundan da keçə bilməz. Çünki biz birik. Azərbaycana olan sevgi və hörmətimizin nə qədər böyük olduğunu onsuz da hamı bilir”, – deyə Ongun vurğulayıb.
16:09
546
15:14
784
15:13
777