İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
10 İyul 2019 13:52
3 654
Abdullah Gül, Əli Babacan və Əhməd Davudoğlu Türkiyə siyasətində öz sözlərini demiş adamlardır. Onların siyasətə qayıdışı Ərdoğan üçün böyük problemlər yaradacaq demək olar.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Kənan Paşayev Gül, Babacan və Davudoğlunun AKP-yə alternetiv güc mərkəzi yaratmalarına münasibətində deyib.
Onun sözlərinə görə, ilk Bələdiyyə seçkilərinin nəticələrinin ləğvi ilə yanaşı ölkədəki sosial-iqtisadi problemlər AKP hakimiyyətinin nüfuzunu ciddi şəkildə sarsıdıb: “Növbəti prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın məğlubiyyətini istisna etmirəm. Bu məğlubiyyətə adı çəkilən üç şəxsin təsiri böyük olacaq, lakin məğlubiyyət onların qarşısında deyil, CHP-nin qarşısında olacaq. Qarşıdakı prezident seçkilərində Əkrəm İmamoğlunun namizəd olacağını və qalib gələcəyini düşünürəm. Bütün bu proseslərin gedişatında İmamoğlunun yerinə yetirməli olduğu yeganə vəzifə İstanbul bələdiyyə başqanı kimi şəhərin bütün problemlərini həll etməkdir”.