Rusiyanın 10/1-i yanır, ölkə tüstü içində Foto Dünya

Rusiyanın 10/1-i yanır, ölkə tüstü içində Foto

Güclü yanğınlar Rusiya meşələrini məhv etməyə davam edir. Yanğın sahəsi 3 milyon hektarı keçib. Yanğının səbəb olduğu tüstü yalnız Rusiyanın yarısını deyil, həmçinin qonşu ölkələri də bürüyüb.
Bu barədə Ukraynanın “Dialoq” nəşri yazıb.
Nəşrin məlumatına görə, Rusiya yanğınsöndürmə prosesində ləng tərpənib və yalnız iyulun 31-dən etibarən Fövqəladə Hallar Nazirliyinin təyyarələri yanğınsöndürmə əməliyyatına cəlb olunub.
Nəşr həmçinin yanan ərazilərin fotosunu paylaşıb və artıq yanğının cəngindəki ərazinin Rusiyanın onda birini təşkil etdiyini, yanğının Moskvaya yaxınlaşdığını qeyd edib.