Livana ikinci zərbə üçün hazırlıq Dünya

Livana ikinci zərbə üçün hazırlıq

Dövlət katibi Pompeo rəsmi Beyruta ultimatim göndərib

ABŞ dövlət katibi Mayk Pompeo sentyabrın 4-də, Çərşənbə günü Livana xəbərdarlıq edərək, İsrailin daha böyük bir İran-“Hizbullah” raket fabriki haqqında məlumatlı olduğunu və zavodun bombalanacağını bildirib. Pompeo bu təcili mesajı adi səfirlik kanalları vasitəsi ilə “Hizbullah” lideri Həsən Nəsrullaha yaxın olan Livanın xarici işlər naziri Cubran Basilə ünvanlayıb. Bu mesaj İsrail ordusu (IDF) mənsublarının jurnalistlərə “Hizbullah”ın yerüstü raketlər komplektilə silahlandırılması üçün Nəbi Şaitdəki zavodun mövcudluğuna dair ətraflı sübutlar göstərdikdən 1 gün sonra göndərilib.
Dövlət katibi bildirib ki, İsrail kəşfiyyatının İran və “Hizballah”ın Livanda əsas raket inkişaf etdirmə layihələrini həyata keçirmək üçün başqa bir, daha əhəmiyyətli fabrik qurması tam etibar doğuracaq məlumatdır. Nəbi Şaitdəki bitki örtüyü İsraili çaşdırmaq üçün örtük kimi istifadə edilib. Mayl Pompeo Livandan ikinci zavodun təxirə salınmadan sökülməsini tələb edib, çünki İsrail onun məhv edilməsi üçün qabaqcadan hazırlıq görüb. O vurğulayıb ki, əməliyyatın nəticələrindən asılı olmayaraq, İsrail Amerikanın tam dəstəyi ilə hərəkət edəcək. Amerikanın mesajında 2 saylı raket zavodunun dəqiq yeri göstərilməyib.
ABŞ-ın Beyruta ultimatumunu dəstəkləyən İsrail çərşənbə axşamı Livan və Suriya sərhədlərindəki hava hücumundan müdafiə seriyasını gücləndirmək məqsədilə əlavə “Patriot” raketləri yerləşdirib. Onlar “Hizbullah” İsrailə partlayıcı dronlar göndərməklə əsas raket layihəsinin potensial məhv edilməsinə görə qisas alınanacı təqdirdə işə salınacaq. Baş nazir Binyamin Netanyahunun Londona gözlənilməz səfəri – bu dəfə müdafiə naziri qismində – əlavə hazırlıq prosesinə tam uyğun gəlir.
İngiltərənin baş naziri Boris Consonla görüşdən əlavə, Netanyahu ABŞ-ın müdafiə naziri Mark Esperlə ayrıca görüşəcək. Onunla birlikdə İsrail Hərbi Hava Qüvvələrinin komandiri general Amikam Nurkin və IDF Əməliyyatlar İdarəsinin rəisi general-leytenant Aharon Havilah da var. Yaxın günlərdə onlar İsrailin Livandakı fəaliyyət planlarını təqdim edəcəklər.