Beş ölkə Türkiyəyə qarşı birləşir: Aralıq dənizində savaş... Dünya

Beş ölkə Türkiyəyə qarşı birləşir: Aralıq dənizində savaş...

Türkiyə ilə Liviya Milli Barış hökuməti arasında Şərqi Aralıq dənizi ilə bağlı əldə edilən razılaşma bir sıra ölkələrin Türkiyə üzərinə gəlməsinə səbəb olub.
İsrail Xarici İşlər Nazirliyi bu razılaşmadan narahatlıq ifadə edib.
Nazirliyin açıqlamasında qeyd edilib ki, İsrail dəniz bölgələri məsələsində Yunanıstana tam dəstəyini yeniləyir və bu haqların pozulmasına qarşıdır. Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyətini qınayan açıqlamada İsrailin Türkiyənin Aralıq dənizindəki son həmlələrindən narahatlıq keçirdiyini bildirir.
Yeri gəlmişkən NATO ölkələrinin dövlət başçılarının London zirvəsində də Aralıq dənizindəki fəaliyyətinə görə Türkiyə ciddi tənqid edilib. Fransa Prezidenti Emmanuel Makron Liviya ilə Türkiyə arasında əldə olunan razılaşmanı tənqid edib. Prezident Makron deyib ki, Yunanıstanın Liviya ilə Türkiyə arasında əldə edilən anlaşmadan narahatlıq keçirdiyini paylaşır. Əlavə edib ki, Türkiyə NATO ölkələrinin suverenlik haqlarına hörmət etməlidir.
Avropa Komissiyasının sözçüsü də bu məsələdə anti-Türkiyə mövqe nümayiş etdirib: “Avropa Birliyinin tez-tez təkrar etdiyi, ən sonuncu 2019-cu ilin iyununda yaydığı bəyanatda qeyd etdiyi kimi Türkiyənin Avropa Birliyi üzv ölkələrinin ərazi bütövlüyü və suverenliyinə hömət etməsi lazımdır”.
Liviya-Türkiyə anlaşmasından sonra Liviyaya diplomatik hücum həyata keçirən, səfirinin ölkədən deport etməsi ilə hədələyən rəsmi Afina anlaşma memarandumunun surətini Liviyadan tələb edib. Yunanıstanın ERT dövlət televiziyası bəyan edib ki, Liviya ilə Türkiyə arasında imzalanan sazişin surəti onlara çatdırılıb və hazırda bu sənəd diplomatlar tərəfindən araşdırılıb.
Liviyada vətəndaş müharibəsi aparan general Haftar da açıqlama yayaraq bu anlaşmanın Aralıq dənizi ölkələrini təhdid etdiyini iddia edib. Səudiyyə Ərəbistanı isə dərhal hərəkətə keçərək Haftarın nəzarətindəki parlamentin sədri Aqil Salihi Riyada dəvət edib və burada Kral Salmanla müzakirələr təşkil olunub.
Misir isə anti-Türkiyə fəaliyyətinə qoşulmağa başlayıb. Rəsmi Qahirə həm Ərəb Birliyində, həm də Afrika Birliyində lobbi fəaliyyətinə başlayıb. Misir BMT tərəfindən tanınan Suriya Milli Barş Hökumətinin sədri Fayez əl-Sarraja təzyiq edərək Ankara ilə əldə edilən razılaşmanın havada qalmasına çalışır.