11 Dekabr 2019 14:32
1 771
Ukrayna ABŞ Prezidenti Donald Trampın opponenti Co Baydenə qarşı iş qaldıra bilməz. Bu sözləri Ukraynanın sabiq baş prokuroru Yuri Luçenko deyib. “Baydenin ailəsinin fəaliyyətini araşdırmaq istəyirsinizsə, ABŞ-da iş qaldırın, araşdırma başladın, bura sorğu göndərin, ümumi qrup yaradın və o zaman Ukrayna beynəlxalq öhdəliklərdən irəli gələrək sizinlə razılaşacaq. Amma burada Baydenlə bağlı istintaq başladılması qanunsuz olardı”, - deyə Luçenko bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Trampın seçkilərdə əsas rəqibi olan Baydenin oğlunun Ukraynadakı şirkəti haqda araşdırma başladılması üçün Ukrayna lideri Zelenskiyə təzyiq etdiyi bildirilmişdi.
17:29
560
17:11
707
16:49
1 113