“Pozitivin təbliğatı daha müsbət effekt verir”
24 Yanvar 11:48
24 Yanvar 11:48
23 Yanvar 21:20
23 Yanvar 16:40
23 Yanvar 16:07
11 Dekabr 2019 15:37
1 701
ABŞ Müdafiə Nazirliyi ölkədəki bütün Səudiyyə Ərəbistanı hərbçilərinin operativ hazırlığını dayandırıb. Bu məlumatı “Nyu York Tayms” qəzeti yayıb. Məlumata görə, bu barədə qərar Floridadakı hərbi bazaya hücumdan sonra qəbul edilib. Səudiyyəlilərin hazırlığı qeyri-müəyyən müddətə təxirə salınıb.
Qeyd edək ki, bir neçə gün öncə Floridadakı hərbi bazada baş verən atışmada qatil də daxil olmaqla, 4 nəfər ölüb, 8 nəfər yaralanıb. Atəş açanın Səudiyyə Ərəbistanının hərbçisi Məhəmməd Səid əş-Şamrani olduğu və bu bazada təlim keçdiyi bildirilir. Hadisənin terror olub-olmadığı bilinmir. Ancaq hücumdan öncə Şamraninin krallıqdan olan digər həbçilərlə birgə məclis təşkil etdiyi və məclisdə kütləvi ölüm səhnəsi olan atışma videosu göstərildiyi bildirilib. Eyni zamanda Şamraninin hücumu zamanı onun yoldaşı hadisəni videoya çəkib, digər iki Səudiyyə hərbçisi isə onu maşınla izləyib.
24 Yanvar 17:10
1 141
24 Yanvar 17:09
1 218
24 Yanvar 15:40
1 197