Trampa qarşı impiçment prosesinə Rusiyadan şərh Dünya

Trampa qarşı impiçment prosesinə Rusiyadan şərh

ABŞ Prezidenti Donald Trampa impiçment təhdidi yoxdur, bu, sadəcə demokratların ona qarşı təşkil etdiyi siyasi çılğınlıqdır.
Bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin üzvü Oleq Morozov ABŞ Nümayəndələr Palatasının Trampa qarşı qəbul etdiyi impiçment qərarınə RİA-ya şərh edərkən deyib.
“Əminəm ki, bu, Konqresin aşağı palatasında üstünlüyü olan demokratların Trampa qarşı siyasi çılğınlığından başqa bir şey deyil. Bunun real impiçmentə aidiyyəti yoxdur. Trampa elan edilən ittiham düşünülmüş bir şeydir. Bu, Senatda səsvermə nəticə verməyəcək. Trampı narahat edəcək heç nə yoxdur. Amma situasiya Amerika demokratiyasında böhran barədə şahidlik edir. Demokratik institutlar siyasi qisas aləti kimi istifadə olunur”, – deyə o bildirib.