“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
Ruslan Məmmədov "Combat" Peşəkar Döyüş Liqasının prezidenti seçildi!
Qüdrət Həsənquliyev: “Fransa, Almaniya və Britaniya vahid mövqedən çıxış etsə…”
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - FOTOLENT
5 Mart 2020 15:28
1 813
Hindistan mediası Ermənistan Müdafiə Nazirliyinin Hindistan istehsalı olan artilleriya əleyhinə radarları ilə bağlı tenderdə qalib gəldiyini bildirdi. Məsələ bundadır ki, Ermənistan az tanınan “Svathi” RLS-lərinin ilk xarici sifarişçisi oldu. “Svathi”lərin analoqu olan Rusiyanın “1L219M Zoopark-1M” və Polşanın “Liviec” radarları da var. Həqiqətən hər şeyə həssaslıqla baxsanız, Rusiyanın bu sahədəki nüfuzunun daha yüksək olduğu açıq-aydın görünür.
Bunu rusiyalı hərbi analitik Aleksandr Xrolenko deyib.
“Rusiyanın bu sistemlərinin imkanları daha genişdir. Ermənistan 40 milyon dolları daha faydalı və effektli sistemə xərcləyə bilərdi”, - Xrolenko bildirib.
Qeyd edək ki, Rusiyanın “Zoopark-1M” analoji sistemləri silahlanmaya 2007-ci ildə qəbul edilib və hərbi əməliyyatlarda yoxlanılıb. Hindistanın ordusu isə 14 illik sınaqdan sonra 2017-ci ildə bu sistemin ilk sifarişini alıb. Amma onun texniki məlumatları hələ də tamamilə öyrənilməyib.