17 İyul 19:42
10 Aprel 2020 12:26
1 568
ABŞ senatoru Tod Yanq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesusa məktub göndərərək, Senatın xarici əlaqələr komitəsi qarşısında təşkilatın COVID-19-un yayılması ilə mübarizədə gördüyü tədbirlər haqqında hesabat verməsini xahiş edib. Məlumatı TASS yayıb.
“Çin hökumətinin, koronavirusa yoluxanların sayı barədə dəqiq məlumat verməkdən sistemli şəkildə imtina etməsi, COVID-19 haqqında bilgilərimizə zərər verir. ÜST bununla açıq və qətiyyətli mübarizə aparmaq əvəzinə, buna göz yumdu”,- deyə agentlik senatorun məktubundan sitat gətirib.
Xatırladaq ki, aprelin 7-də ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun ÜST büdcəsinə ianələri dayandırmağı düşündüyünü açıqlamışdı. Bundan əlavə, o, koronavirusla mübarizə çərçivəsində təşkilat tərəfindən görülən bütün tədbirlərin səhv olduğunu söyləmişdi...
17 İyul 22:06
1 652
17 İyul 21:34
1 638
17 İyul 21:30
1 694