Çavuşoğlu: “Xarici ölkələrdə 473 Türkiyə vətəndaşı koronavirusdan vəfat edib” Dünya

Çavuşoğlu: “Xarici ölkələrdə 473 Türkiyə vətəndaşı koronavirusdan vəfat edib”

Yeni növ koronavirusla (COVID-19) əlaqədar Türkiyəyə təxliyə edilən vətəndaşların sayı açıqlanıb.
“Anadolu” agentliyinin verdiyi xəbərə görə, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, 103 ölkədən 65 mindən çox vətəndaş Türkiyəyə gətirilib.
Türkiyə XİN başçısı qeyd edib ki, xarici ölkələrdə 473 Türkiyə vətəndaşı koronavirusdan vəfat edib.