Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
8 İyul 2020 12:32
2 331
BMT tərəfindən iranlı general Qasım Süleymaninin öldürülməsini araşdırmaq üçün səlahiyyət verilən qurumun xüsusi nümayəndəsi Agnes Kallamard ABŞ-ın dron vasitəsilə hücum təşkil edərək, Süleymanini öldürməsini “qanunsuz və özbaşınalıq” adlandırıb.
BMT İnsan Haqları Komitəsinin toplantısı zamanı bu ilin yanvar ayında öldürülən Qasim Süleymani ilə bağlı aparılan araşdırma zamanı əldə edilən nəticələr yayımlanıb. BMT tərəfindən Süleymaninin qətlini araşdırmağa cəlb edilən xüsusi nümayəndə Agnes Kallamard bəyan edib ki, ABŞ-ın pilotsuz uçuş aparatı ilə hücum təşkil edərək general Süleymanini öldürməsi qanunsuz akt olub. 39 səhifəlik hesabatda ABŞ-ın beynəlxalq hüququn tələblərini pozaraq Süleymanini öldürdüyü bəyan olunub.
“ABŞ-ın bu günə qədər təqdim etdiyi faktların işığında general Süleymaninin hədəf alınması və onu müşayiət edənlərin öldürülməsi BMT-nin nizamnaməsinə əsasən özbaşınalıqdır. Bu hücum BMT nizamnaməsinin 2 (4) mddəsinin pozulmasıdır. Generalın öldürülməsi səbəbi olaraq qarşı tərəfin hücum hazırlığında olmasına dair yetərli faktlar yoxdur. General Süleymanin ABŞ-ın maraqlarına, xüsusilə İraqda təcili tədbirlərin lazım olduğu və yaxınlarda hücum planladığına dair iddialar heç bir dəlillə sübut edilməyib”,- hesabatda bildirilib.
Hesabatın sonunda ABŞ-ın belə bir hücumu etmək üçün kifayət qədər dəlillərə malik olmadığı, belə faktların təqim edilmədiyi vurğulanıb:
“General Süleymani İran hərbi strategiyası çərçivəsində Suriya və İraqdadakı hərəkətlərinə görə, məsuliyyət daşıyırdı. Ancaq həyati yəhlükəsi olmadığına görə, ABŞ-ın atdığı addım qanunsuz idi”.
15 Sentyabr 21:08
721
15 Sentyabr 16:05
903
15 Sentyabr 14:10
938