“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
“Revanşist düşüncə ilə anlayacağı dildə danışılmalıdır”-Əli Zülfüqaroğlu
11 İyul 2020 10:12
3 661
Bundan sonra muzey yox, məscid kimi fəaliyyət göstərəcək Aya Sofyada ilk Cümə namazı iyulun 24-də qılınacaq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofyanın muzeydən məscidə çevrilməsi ilə bağlı xalqa müraciətində bildirib.
Türkiyə Prezidenti qeyd edib ki, abidəyə giriş ödənişli olması artıq ləğv edilib və bundan sonra da Aya Sofya bütün dinlərdən olan insanlar üçün hər zaman açıq olacaq.
Qeyd edək ki, dünən Aya Sofyanın muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verilib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı qərarı təsdiqləyib.