Bir ayda Ermənistanda 6 yüksək vəzifəli şəxs işdən çıxarılıb - Paşinyan "təqsirkar" axtarır Dünya

Bir ayda Ermənistanda 6 yüksək vəzifəli şəxs işdən çıxarılıb - Paşinyan "təqsirkar" axtarır

Bir ay ərzində Ermənistanda 6 yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib.

Vəzifəsindən azad olunanların hamsı güc strukturlarında çalışan şəxslərdir. Paşinyan hakimiyyəti azad olunanların bəzilərinin adına qalmaqallar yaratmaqla Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərinə bəhanə tapmağa çalışır.

1 ay ərzində Ermənistanda vəzifəsindən azad edilən yüksək rütbəli şəxslər:

- Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Arqişti Karamyan

- Sərhəd Qoşunları komandanı, general-polkovnik Vaginak Sarksyan

- Milli Təhlükəsizlik Xidmətinin Əks-Kəşfiyyat Departamentinin rəisi, general-mayor Ovannes Karumyan

- Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Baş Qərargah rəisi Gagik Tevosyan

- Qondarma DQR “Müdafiə Naziri” Cəlal Harutyunyan

- Ermənistanın Ədliyyə Nazirinin müavini Vahe Danielyan

Qeyd edək ki, son günlər erməni cəmiyyətində Paşinyan hakimiyyətinə təzyiqlər artmaqdadır. Artıq baş nazirin ünvanına mediada və sosial şəbəkələrdə açıq məktublar ünvanlanaraq ittihamlar səsləndirilir. Ondan hakimiyyəti bu böhran vəziyyətindən çıxara biləcək birinə verməsi tələb olunur.