Rusiya Ermənistanda hərbi bazalarının sayını artırır Dünya

Rusiya Ermənistanda hərbi bazalarının sayını artırır

Rusiya Federasiyası (RF) hökuməti Ermənistanda RF-nin hərbi bazasının yerləşdirilməsi bəndləri haqqında Rusiya-Ermənistan sazişinə dair protokolu təsdiq edib.
İTAR-TASS-ın məlumatına görə, Rusiya daha əvvəl ona Atsik kəndindəki verilən hərbi şəhərciyi Ermənistana qaytaracaq.
Eyni zamanda, Ermənistan RF-yə İrəvan və Gümrüdəki iki şəhərciyi təhvil verəcək. Bununla da Ermənistanda yerləşdirilən Rusiya hərbi bazalarının sayı 21-ə çatacaq.
RF Müdafiə və Xarici İşlər nazirliklərinə protokolun mətninə prinsipial dəyişklik etmədən Ermənistan tərəfi ilə danışıqlar aparmaq tapşırılıb.