İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
3 Dekabr 2020 08:49
2 212
Ermənistan müxalifəti baş nazir postuna öz namizədinin adını 3 dekabrda açıqlayacaq.
“Sputnik Ermənistan” xəbər verir ki, bunu “Daşnaksütun” partiyasının nümayəndəsi Artsvik Minasyan bildirib.
“Sabah... planlarımızı elan edəcəyik və baş nazir vəzifəsinə öz namizədimizi göstərəcəyik”, - deyə agentlik Minasyandan sitat gətirib.
O bildirib ki, hərbi vəziyyətlə əlaqədar tətbiq edilən bir sıra məhdudiyyətlərin götürülməsinə baxmayaraq, qanuni rejim özü hələ də qüvvədə qalıb. “Daşnaktsütun” partiyasının təmsilçisi qeyd edib ki, hazırkı baş nazir Nikol Paşinyan hakimiyyəti əlində saxlamağa çalışır.