"Qaçqınkom" video paylaşaraq müraciətlərinə baxılmadığını iddia edən şəxsə cavab verib
Ötən il dünyanın bir çox yerində temperatur orta göstəricilərdən yüksək olub
Paşinyan: TRIPP üzrə razılaşmalar mümkün qədər tez bir zamanda de-yure təsdiqlənməlidir
Taylandda tikinti kranı yola düşüb: 2 nəfər ölüb, 5 nəfər yaralanıb
24 Dekabr 2020 09:12
1 974
Cənubi Koreya "Pfizer" və "Janssen" şirkətləri ilə yeni növ koronavirusa (COVİD-19) qarşı vaksinlərin tədarükü ilə bağlı müqavilələr imzalayıb.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Cənubi Koreyanın baş naziri Çon Se Gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, "Pfizer" şirkətindən 10 milyon nəfərin vaksinasiyası üçün, "Janssen" şirkətindən isə 6 milyon nəfərin vaksinasiyası üçün vaksinlər alınacaq.
Qeyd edilir ki, Cənubi Koreya ümumilikdə koronavirusa qarşı vaksinlərin tədarükü ilə bağlı 4 xarici şirkətlə müqavilə imzalayıb. Bu müqavilələr əsasında ölkəyə gətiriləcək vaksinlər 44 milyon nəfərin vaksinasiya olunmasını təmin edəcək.