Vens: Strateji Tərəfdaşlıq Xartiyası hər iki xalq üçün böyük bəhrələr verəcək
Prezident: TRIPP layihəsi ilə biz sülhə, inkişafa və əməkdaşlığa regionda növbəti töhfə verəcəyik
ABŞ ərazi sularının mühafizəsi üçün Azərbaycana yeni qayıqlar göndərəcək
Vens: ABŞ-la Azərbaycan uzun müddətdir mühüm strateji əməkdaşlıq edir
15 Yanvar 2021 09:45
1 386
ABŞ-ın İllinoys və qonşu ştatların bioloqları indiyədək məlum olmayan yeni koronavirus növünü aşkar ediblər.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə “BioRxiv” elektron elmi kitabxanası məlumat yayıb.
Tədqiqatçılar müəyyən edib ki, yeni aşkarlanan koronavirus növü bu günədək beş dəfə mutasiya prosesi keçib: “Yeni tip 5 xarakterik RNT mutasiyası ilə fərqlənir – N1653D, R2613C, G172V, P67S və P199L. Mutasiya dəsti baxımından bu virus "Britaniya" növünə bənzəyir, lakin onunla əlaqəli deyil”.
Bildirilib ki, sözügedən virus ABŞ-da sürətlə yayılmağa başlasa da, hələ digər ölkələrə nüfuz etməyib. Bu növ də yüksək dərəcədə yoluxucu olduğu halda, öldürücü təsiri zəifdir.