17 İyul 19:42
4 Mart 2021 09:12
1 575
“Rusiya Federasiyasında COVID-19-un “Nigeriya ştammı” aşkarlanmayıb, vəziyyət nəzarət altındadır”.
APA xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un məlumatında əks olunub.
Bildirilib ki, ölkə ərazisində SARS-CoV-2 ştammlarının molekulyar genetik monitorinqi aparılıb, heç bir fakta rast gəlinməyib.
Qeyd edək ki, koronavirusun "Nigeriya ştammı" ilk dəfə 2020-ci ilin dekabrında Nigeriya və İngiltərədə aşkar edilib. O vaxtdan bəri Avstraliya, Belçika, Gana, Danimarka, İordaniya, İspaniya, İtaliya, Kanada, Hollandiya, Sinqapur, ABŞ, Finlandiya, Fransa, İsveçrə və Yaponiyada sözügedən virusa yoluxma qeydə alınıb.
17 İyul 22:06
1 778
17 İyul 21:34
1 757
17 İyul 21:30
1 799