Ermənilər Rusiyadan çıxarılır Dünya

Ermənilər Rusiyadan çıxarılır

Ruslar Stavropol vilayətində mitinq keçiriblər

Cavid

Ermənistanla Rusiya arasında növbəti münasibət rus əsgər Valeri Permyakovun yanvarın 12-də Ermənistanın Gümrü şəhərində Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirməsi xəbərindən sonra kəskin pisləşib. Ermənilər Avetisyanlar ailəsinin qatilinin erməni məhkəməsinə verilməsini tələb edirlər. Ermənistan İstintaq Komitəsi də Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir. Amma Rusiya tərəfi ermənilərin istəyini rədd edib.
Dünən yayılan məlumatlara görə, Ermənistanda vəziyyət yenidən qarışıb. Hakimiyyət Gümrüdə baş verən faciədən sonra əhalinin baş qaldıran narazılığına son qoymamış, yeni etiraz dalğası ilə üz-üzə qalıb.
İrəvanda, eləcə də ölkə ərazisində fəaliyyət göstərən ticarətçilər etiraz aksiyasına başlayıblar. Yüzlərlə insan İrəvanda hökumət binası qarşısına toplaşaraq hakimiyyətin istefasını tələb edirlər.
Onlar həmçinin ölkədə ticarətçilərə qarşı davam edən represiyalar son qoyulmasını, insanların həyat səviyyəsinin yüksəldilməsi üçün əlavə tədbirlərin görülməsini tələb edirlər.
Üstəlik, rusların ermənilərə qarşı belə davranışından sonra Rusiyanın Stavropol vilayətinin Minvod şəhərində bir neçə erməni rus hərbçini qətlə yetirib.
Bu hadisədən sonra öldürülən rus xüsusi təyinatlısı ilə bağlı hadisədən sonra şəhərdə rusların böyük aksiyası baş tutub. Mitinqdə ruslar "Ermənistan öz oğlunu, xüsusilə qatil cinayətkar oğlunu götür, çıx get", "Ermənistan neokoloniyasına yox" şüarları səsləndirərək Minvodda yaşayan yerli ermənilərə etiraz ediblər. Onlar ermənilərin Minvodıdan çıxarılmasını tələb ediblər. Ermənistan mətbuatı isə Minvodının Çərkəz torpaqları olduğunu və ermənilərin burada yaşamağa ruslardan daha çox haqqlarınının olduğunu yazır.
Ermənistanın "Lragir" saytı ermənilərin Çerkəz respublikasına 1864-cü ildə gəldiklərini xüsusi qeyd edir. Bundan sonrakı cümlə isə daha diqqətçəkəndir. Sayt Rusiyanın çərkəz xalqına qarşı soyqırımından sonra ermənilərin bura gəldiyini vurğulayır. Sayt Minvodının 1 milyona yaxın erməninin yaşadığı Stavropol və Krasnodar diyarlarının yaxınlığında yerləşdiyini və ermənilərin burda yaşamağa daha çox haqqlarının olduğunu qeyd edir.
Rusiyada ermənilərə münasibətin pisləşməsi toxunduğumuz hadisədən öncə də vardı. Rus əsgərinin məlum hadisəni törətməsindən sonra ermənilərin aksiyası rusların onlara olan nifrətini daha da artırıb. Belə ki, Rusiya hakimiyyəti ermənilərin ölkəyə girişini əngəlləyən qaydalara əl atıblar.
Rusiya mediasının yazdığına görə, harada olmalarından asılı olmayaraq yerli qanunlara riayət etmədiklərinə, cinayətkar dəstələr yaradaraq qətllər törətdiklərinə görə, ermənilərin bir çox ölkələrə, o cümlədən Rusiyaya gəlişlərinə qadağa halları getdikcə artmaqdadır. Ötən il 23 min 500 erməninin Rusiyaya girişinə dair müraciətləri rədd edilibsə, 2014-cü il yanvarın 1-dən fevralın 10-dək olan dövrdə 8 min erməniyə rədd cavabı verilib.
Rusiyanın Ermənistandakı səfirliyinin yaydığı məlumata görə, vaxtilə Rusiyanın müxtəlif bölgələrində qeyri-qanuni yaşayan, ölkə qanunlarını pozan və Ermənistana qayıdan 170 min erməni də qara siyahıya düşüb və onların yenidən Rusiyaya getmələrinə qadağa qoyulub.
Onu da bildirək ki, ermənilər öz aralarında qaldırdıqları yeni vəsadətə imza toplayırlar.
Vəsadətə əsasən ermənilər Rusiya erməniləri birliyinin (REB) sədri Ara Abramyan və onun müavini Levon Mukanyanın vəzifəsindən azad olunmasını tələb edirlər.
Vəsadətdə deyilir: "Biz Rusiya və bütün dünya erməniləri, xalqımız və dövlətimizdən narahatlıq duyaraq Ara Abramyan və onun işçisi Levon Mukayanın başçılıq etdiyi REB rəhbərliyindən istefa etmələrini tələb edirik. Bu insanlar Rusiyada olan erməni diasporunun əsas təşkilatına başçılıq vəzifəsini öz üzərlərinə götürəndən bəri, həmin illər ərzində bu diapora heç inkişaf etmir. Yalnız bu təşkilat sponsorluq etmədiyi tədbirlərdə nə sə əldə oluna bilib. REB-in əsas vəzifəsi Ermənistana və Rusiyadakı ermənilərə qulluq etmək olmayıb. Bu qul və yaltaq təşkilat Rusiya erməniləri üçün hansısa bir fəaliyyətlə, onların milli tərbiyəsi ilə məşğul olmur. Rusiyanın erməni diasporu dəhşət gətirəcək sürətlə assimimilyasiya olunur. Gənclərin yarısı doğma erməni dilində danışmır, erməni mədəniyyəti və ənənələrindən uzaqlaşır. REB anti-milli siyasət yürüdərək bunlarla mübarizədə heç bir fəaliyyət göstərmir".
Lakin vəsadətin qaldırılmasının əsas səbəbi sonda qeyd elunur. Burada 12 yanvar Gümridə 6 nəfəri öldürən Valeri Permyakovun Ermənistnan təhvil verilməsinə Rusiyanın rədd cavabına REB-in heç bir tənqidedici bəyanat verməməyi nəzərə çatdırlır.
Qeyd edək ki, Levon Mukanyan sosial şəbəkələrdə anti-Rusiya siyasətindən qaçmağı tövsiyyə edərək, etirazçıları marionet davranışda günahlandırıb.
Onu da bildirək ki, Ermənistanda bir qrup vətəndaş hökumət binasının qarşısında aksiya keçirərək Rusiyaya daxil ola bilməmələrinə görə etiraz ediblər. Ermənistan mətbuatı xəbər verir ki, Ermənistan vətəndaşları 2015-ci il başlayandan işləmək, müalicə almaq, yaxud qohumlarını ziyarət etmək üçün üz tutduqları Rusiyaya daxil ola bilməmələrindən gileyləniblər. Baş nazir Ovik Abramyana müraciət edən ermənilər ondan məsələnin həlli üçün yardım istəyiblər. "Xahiş edirik, əgər mümkünsə, Rusiya tərəfi bizi amnistiya tətbiq etsin, axı biz qatil deyilik! Əgər kriminal elementlər varsa, onda razıyıq – qoy Rusiyaya buraxmasınlar. Lakin əgər bu işçi, yaxud müalicəyə gedən adamdırsa, qadağaya səbəb nədir? Rusiyaya gedənlərin 90 faizi ora kefindən getmir. Onlar öz ailələrini, öz uşaqlarını saxlamaq üçün ora gedirlər", – deyə etirazçılardan Artsvin Abacyan deyib.
Etirazçılar Rusiya səfirliyinin onların şikayətinə baxmadığnı və Ermənistan Miqrasiya Xidmətinə müraciət etməyi məsləhət gördüklərini deyiblər. Miqrasiya Xidməti isə vətəndaşlara ərizə yazmağı və 3 ay ərzində cavab gözləməyi təklif edir.
Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Ramadanovskiy bəyən edib ki, 2015-ci ilin əvvəlində Rusiyaya gələn miqrant axınında 70% azalma müşahidə olunub.
Rusiya mediası xəbər verir ki, Ramadanovski bunu həm miqrantlar haqqında qanunun sərtləşdiriliməsi, həm də Rusiyadakı iqtisadi böhran, rublun devalvasiyası ilə əlaqələndirib.
Rusiyadakı bu vəziyyət erməniləri əl-ayağa salıb. Ağır iqtisadi böhranla əlləşən Rusiyada işləməyin və pul qazanmağın artıq mümkün olmayacağını anlayan ermənilər acından ölməmək üçün alternativ mənbələr axtarmağaq başlayıblar.
Ermənistan KİV-lərinin bu gün ən diqqətdə saxladığı bu məsələni müxtəlif şəkildə şərh edənlər var. Avrasiya İqtisadi İttifaqının və Gömrük Birliyinin qanunları ilə yaşamalı olan Ermənistanda sosial-iqtisadı vəziyyətin daha da kritikləşəcəyi, işsizliyin aclığa və səfalətə aparıb çıxaracağı göz önündədir. Amma məsələnin maraqlı tərəfi əksər erməni politoloqlarının fikrincə, özlərini tələyə salmış ermənilərin faktiki olaraq Türkiyədən başqa çıxış yolları yoxdur.