Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
2 İyun 2021 16:12
4 263
NATO təlim adı altında Ukrayna ordusuna müasir silahlar və döyüş sursatları çatdıracaq.
TASS-ın verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, NATO “Sea Breeze – 2021” təlimi adı altında Donetsk və Luqansk vilayətlərində Kiyevin nəzarətində olmayan rayonların yaxınlığında dislokasiya olunmuş Ukrayna ordusuna və millətçi qruplaşmalara müasir silahlar və döyüş sursatları çatdıracaq.
İ. Konaşenkov qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi NATO ölkələrinin “Sea Breaze” təliminə hazırlığın gedişini və keçirilməsini diqqətlə izləyəcəklər və zərurət olacağı halda şəraitdən asılı olaraq Rusiyanın hərbi təhlükəsizliyi maraqlarının təmin edilməsi üçün adekvat reaksiya veriləcək.
Nazirlik rəsmisi qeyd edib ki, təlimlər 4 minə yaxın hərbi qulluqçu, 40 döyüş gəmisi, katerlər və köməkçi gəmilər, 30 aviasiya texnikası və 100-dən çox avtomobil və zirehli texnikanın iştirakı ilə keçiriləcək.
General əlavə edib ki, konkret olaraq Xerson və Nikolayev vilayətlərindəki hərbi poliqonlarda da təlimlər keçiriləcək və təlimlərin aktiv fazası iki mərhələdən ibarət olacaq.
Qeyd edək ki, təlimlər iyunun 28-dən iyulun 10-dək keçiriləcək. Təlimlər Ukrayna, ABŞ, Kanada, Böyük Britaniya, Niderland, Rumıniya, Bolqarıstan, Yunanıstan, Türkiyə, Latviya və digər tərəfdaş ölkələrin iştirakı ilə baş tutacaq.
15 Sentyabr 21:08
644
15 Sentyabr 16:05
826
15 Sentyabr 14:10
868