Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
26 Avqust 2021 16:47
3 598
Türkiyənin İzmir şəhərində koronavirusun yeni yarımnövü aşkarlanıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə İzmir Tibb Palatası və Klinik Mikrobiologiya Mütəxəssisləri Təşkilatının rəhbəri Lütfi Çamlı bildirib.
Lütfi Camlı İzmir başda olmaqla, Türkiyənin müxtəlif yerlərində koronavirusun alfa, beta, gamma və delta ştammları xaricində naməlum fərqli bir mutasiyası ilə qarşılaşdıqlarını bildirib.
O, naməlum mutasiyanın yüzdə 20 faizdən 40 faizədək artdığını deyib və Səhiyyə Nazirliyinin bununla bağlı əhalini məlumatlandırmasının vacibliyini vurğulayıb.
“Bu, yeni variantdır, yoxsa edilmiş testlərdə hansısa çatışmazlıqlardan ortaya çıxmış durumdur, dəqiq deyil. Ətraflı klinik məlumatlardan xəbərsizik. Bu məlumatlar Səhiyyə Nazirliyinin qeydiyyatında mövcuddur. Bunun yeni variant olub-olmadığı dəqiqləşəndən sonra bu istiqamətdə araşdırmalar aparılmalıdır”, - deyə L. Çamlı qeyd edib.
L. Çamlı yeni variant məsələsinə Ankarada Xalq Sağlamlığı Baş İdarəsinin laboratoriyasında aparılan genetik testlərlə aydınlıq gələ biləcəyinin söyləyib.
Qeyd edək ki, Türkiyənin Səhiyyə Nazirliyi ölkədə delta ştammının üstünlük təşkil etdiyini bildirmişdi. Lakin PCR testlərində alfa, beta, qamma ştammlarını eyni zamanda daşıyan xəstələrə rast gəlinmədiyi qeyd olunub.
15 Sentyabr 21:08
623
15 Sentyabr 16:05
805
15 Sentyabr 14:10
847