“Azərbaycan sülhü də müharibə kimi qazanacaq, Şuşa kimi…”
24 Oktyabr 10:49
24 Oktyabr 10:49
23 Oktyabr 14:25
25 Noyabr 2021 07:50
4 459
İsrailli alimlərin araşdırmasının nəticələrinə görə, koronavirusa yoluxma ehtimalı peyvəndin ikinci dozasından 3 ay sonra əhəmiyyətli dərcəyə çatır və zaman keçdikcə tədricən artır.
Trend xəbə verir ki, alimlərin müşahidə etdiyi şəxlər Pfizer-BioNTech preparatı ilə vaksinasiya olunanlardır, lakin nəticələr ümumiyyətlə digər vaksinlərə də şamil edilə bilər.
Ümumilikdə, ikinci inyeksiyadan ən azı üç həftə sonra PCR testindən keçən və əvvəllər COVID-19 infeksiyasına yoluxmayan 80 057 israillinin elektron tibbi qeydləri araşdırılıb. Peyvəndin ikinci dozasınən qəbulundan 90 gün sonra başlayaraq tədqiqatçılar peyvənd olunanlar arasında infeksiyaların sayında tədricən artım müşahidə ediblər.
İkinci dozadan 21-89 gün sonra bütün yaş qruplarında müsbət testlərin nisbəti 1,3%, 90-119 gündən sonra - 2,4%-ə, 120-149 gündən sonra 4,6%, 150-179 gündən sonra - 10,3%, 180 və daha çox gündən sonra - 15,5% qədər yüksəlib.
Alimlərin əsas qənaəti budur ki, zaman keçdikcə iki komponentli vaksinlərin qoruyucu təsiri zəifləyir, təxminən altı aydan sonra üçüncü "buster" doza tələb olunur.
23 Oktyabr 21:35
1 197
23 Oktyabr 18:56
1 309
23 Oktyabr 18:17
4 697