“3+3” formatından imtina Tiflisə xeyir gətirməyəcək Dünya

“3+3” formatından imtina Tiflisə xeyir gətirməyəcək

Gürcüstanın gətirdiyi arqumentlər əsaslı deyil

Ötən həftə Gürcüstanın baş nazirinin müavini və xarici işlər naziri David Zalkaliani “3+3” regional əməkdaşlıq formatını şərh edərkən deyib ki, Gürcüstanın Rusiya ilə birgə “3+3” formatında iştirak etməyəcək. Bununla belə, Gürcüstanlı nazir vurğulayıb ki, onun ölkəsi hansısa formada böyük geosiyasi layihələrdə iştirak etməlidir.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov isə İranlı həmkarı ilə Moskvada keçirdiyi birgə mətbuat konfransında bildirib ki, yaşanan problemlərə baxamyaraq, “3+3” formatında yaradılacaq mexanizmdə Gürcüstanın maraqlarına xidmət edən məqamlar da olacaq.
Rusiyanın vədinə baxmayaraq Gürcüstan “3+3” formatında iştirak etməyəcəyi ilə bağlı bəyanat verib. Ermənistan yekun qərar bildirməsə də, İranın və Rusiyanın olduğu paltformada Yeravanın da olması qəti görünür.
Bəs Gürcüstanın bu platformada olmaması “3+3” formatında hansı dəyişikliklərə səbəb ola bilər? Əgər platforma “3+3” formatından “3+2” formatına keçsə, Tbilisinin itirəcəyi, ya da qazanacağı nələr var və bütün hallarda qeyri-rəsmi də olsa Gürcüstanın bu platforma içində yer alacağına ehtimal vermək olar?
Gürcüstan Naminə Siyasi Partiyanın sədri Fazil Əliyev “Xalq Cəbhəsi”nə bildirib ki, Avropa Gürcüstana görə Rusiya ülə münaqişəyə girmək istəmir. Hadisələrin gedişatı onu göstərir ki, Avropa Rusiyadan çəkinir. Amma Avropa Ukrayna və Belarusiyada apardığı siyasəti Gürcüstanda da aparacaq. Rəsmi Tiflisin Saakaşviliyə məlum münasibətində Avropanın sərgilədiyi mövqeyinin şahidi olduq. Partiya sədri onu da bildirib ki, Gürcüstanın faktiki olaraq Rusiya tərəfindən idarə olunduğu aydındır: “Gürcüstanın əsas istehsalçı müəssisələri Rusiya şirkətlərinin əlindədir. Ölkə iqtisadiyyatının 90 faizi Rusiyanın nəzarətindədir. Gürcüstanda artıq demokratiya bumunun sonu çatdı. Avropa, Amerika və s super güclərin Saakaşvilinin həbsinə və Gürcüstanda baş verən hadisələrə soyuq və biganə yanaşmaları dünya düzəmində super dövlətlər arasında artıq fərqli razılaşmaların olduğundan xəbər verir. Yəni artıq 3+3 formatı reallaşma astanasındadır. Sanki bu razılaşmanı böyük dövlətlər qəbul edib və bu gün 20- liyin üzvû olan dövlətlərin toplantısında Çavuşoğlu İvanov görüşməsində də yəqin nöqtəsi qoyuldu".
F.Əliyevin fikrincə, bu reallıq 44 günlük İkinci Qarabağ savaşından sonra yaranmış reallıqdır. Yeni Zəngəzur dəhlizi açılır, Azərbaycan birbaşa Türkiyəyə və Avropaya çıxış əldə edir, regionda Cənubi Qafqaz dövlətlərinin sərhədlərinin demilitasiya, demakrasiya prosesi başa çatır, sərhədlər müəyyənləşir və bir-birlərini ərazi bütövlüyünü tanıyırlar: “Türkiyə Cənubi Qafqaza daxil olmaqla həm də aktiv bir həlledici oyunçuya çevrilir. Gürcüstanın Abxaziya və Cənubi Osetiya probleminin yeganə yolu ya Rusiyanın bir dövlət kimi tam məhvi, yadaki Gürcüstan Konfedarativ bir dövlət olaraq yenidən formalaşacağındadır. Düşünürəm ki, ikinci yol ən real və ağlabatan yoldur nəinki birinci".
Partiya sədri onu da qeyd edib ki, Gürcüstan Pravoslav kilsəsinin, millətçilərin və s. indiki qeyri demokratik hakimiyyəti dəstəkləməsi şəxsi simpatiya və ideologiyasına görə yox, hakimiyyətə gəlmək istəyən müxalifətin Abxaziyasız və Cənubi Osetiyasız NATO-ya üzv olmaq istəyi ilə əlaqəlidir. 2003-cü ildə keçirilən referendum nəticəsində Gürcüstan konstitusiyasına dəyişiklik edilmiş və Gürcüstanın NATO-ya üzv olmaq istəyi əlavə olunmuşdur: "Keçmiş hakimiyyətin bu və ya digər dillerant xarici siyasət kursu Gürcüstanın parçalanmasına gətirib çıxarmış və gələcəkdə Gürcüstanın bir dövlət kimi xəritədən silinmə təhlükəsi yaratmışdır və bu reallıq bu gündə mövcuddur.1921-ci il Moskva və martında imzalanmış Qars müqaviləsinin şərtlərinə uyğun olaraq Rusiya və Türkiyə Gürcüstana ərazi iddiaları irəli sürə bilər ki, bu da Gürcüstanın artıq bir dövlət kimi xəritədən silinməsi deməkdir. Bu üzdən 3+3=6 formatı bu gün bəlkə də ən çox Gürcüstana lazımdır ki o, özünü bir dövlət kimi qoruyub saxlaya bilsin.Əks təqdirdə Zəngəzur dəhlizinin açılmasından sonra faktiki olaraq regionda olan bütün dayaqlarını itirməklə geopolitik olaraq çox lazımsız bir vəziyyətə düşər və regionda təklənə bilər. Bundan çıxış 3+3 formatına qoşulmaqla özünü regionun lazımlı dövləti kimi qoruyub saxlaya bilər".
Ekspert Əkrəm Bəydəmirli isə bildirib ki, əslində "3+3" formatında iştirakla bağlı Gürcüstanın mövqeyində tərəddüdlər əvvəldən olub: “Adıçəkilən ölkənin ekspertləri, rəsmi dairələri bu layihənin iqtisadi cəhətdən kifayət qədər səmərəli olduğunu anlayırlar. O qədər də böyük iqtisadi potensialı olmayan Gürcüstan hər zaman Azərbaycanın töhfəsilə gerçəkləşən tranzit layihələrdən yetərincə fayda götürüb. "3+3" formatının özü də bu ölkə üçün sərfəlidir. Ancaq bu gün digər bir məsələ var. Bu da ondan ibarətdir ki, Qərbin bəzi dairələri Rusiya ilə heç bir halda əməkdaşlıqda maraqlı deyillər. Gürcüstanın da həmin dairələrin marqalarına uyğun addım atacağı gözlənilən idi. Onu da yaddan çıxarmaq olmaz ki, "3+3" formatı yalnız Rusiyanın deyil, ümumilikdə regionun siyasi, iqtisadi və strateji hədəflərinə cavab verən layihədir. Mənim qənaətimcə, bütün hallarda bu layihələr gerçəkləşəcək. Böyük ehtimalla "2+2" formatında (Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan) bu layihə korrektə olunmuş formada reallaşacaq. Belə layihələr iqtisadi səmərə verdikcə qoşulmaq istəyənlərin sayı artacaq. Gürcüstanın belə nəhəng iqtisadi proqramlardan özünü təcrid etməsi onun özünə daha çox itki gətirəcək”.
Siyasi analitik Teymur Qasımlının fikrincə, Qərb Türkiyə, Rusiya, İran birliyinin Cənubi Qafqaza gəlməsini istəmir. Analitik öncə deyib ki, “3+3” formatı Türkiyə rəhbəri Ərdoğan tərəfindən irəli sürülüb. Üç Cənubi Qafqaz dövləti və Türkiyə, Rusiya, İran dövlətləri nəzərdə tutulub. Maraqlıdır Rusiya Azərbaycan və Türkiyə bu formata isit baxır. Ancaq Gürcüstan, Ermənistan və İran isti baxmır. Əsas dirəniş göstərən Tiflisdi. Burda təəccüblü bir şey yoxdur: “Çünkü Tiflis deyir Abxaziya, Osetiya problemim var, bunun da əsas səbəbkarı Rusiyadır, mən onunla birlikdə bu formata ola bilmərəm. Ona görə Gürcüstan “3+2” formatını irəli sürüb. Üç Cənubi Qafqaz ölkəsi və Qərb və ABŞ-dan ibarət format üzərində diplomatik gedişlər edir. Təbii ki, bu formatın arxasında Qərb var. Digər tərəfdən Gürcüstanın bu formatada, yəni “3+3” iştirak etməsini Qərb istəmir. Qərb Türkiyə, Rusiya, İran birliyinin Cənubi Qafqaza gəlməsini istəmir. Hər zaman Cənubi Qafqazda Qərbi qeyri-rəsmi təmsil edən Ankara olub.
Ancaq Ankara hazırda Qərbin istəklərini yox, öz maraqlarını güdmək üçün Cənubi Qafqazda oyunçu olmaq üçün gedişlər edir”.
T.Qasımlı onu da bildirib ki, Gürcüstanın “3+3” formatında imtinası onu göstərə bilər ki, Cənubi Qafqazda sülh olmayacaq: “Gürcüstanın imtina etməsi Ermənistan maraqları xidmət edir, çünkü Qərbə yaxınlaşmaqda imkan verir. Türkiyə-Rusiya-İran üçbucağnın təsir imkanları azaldır. Ən önəmlisi bu format Gürcüstana iqtisadi nəqliyyat baxımdan sərf etmir. Əgər bu format baş tutarsa, Türkiyə-Ermənistan münasibətləri qurularsa, Gürcüstan burada böyük gəlirlərdən məhrum olar”.

Cavid