Zaur Mikayılov Yevlaxda vətəndaşları qəbul edib Cəmiyyət

Zaur Mikayılov Yevlaxda vətəndaşları qəbul edib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov noyabrın 28-də Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Yevlax, Mingəçevir və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Bu barədə ADSEA-dan bildirilib.

Qəbulda Z.Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, yeni subartezian quyularının qazılması, təmiri, balansa götürülməsi, içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, işə qəbul olan və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Zaur Mikayılov Yevlaxda vətəndaşları qəbul edibZaur Mikayılov Yevlaxda vətəndaşları qəbul edibZaur Mikayılov Yevlaxda vətəndaşları qəbul edibZaur Mikayılov Yevlaxda vətəndaşları qəbul edibZaur Mikayılov Yevlaxda vətəndaşları qəbul edibZaur Mikayılov Yevlaxda vətəndaşları qəbul edibZaur Mikayılov Yevlaxda vətəndaşları qəbul edibZaur Mikayılov Yevlaxda vətəndaşları qəbul edibZaur Mikayılov Yevlaxda vətəndaşları qəbul edibZaur Mikayılov Yevlaxda vətəndaşları qəbul edibZaur Mikayılov Yevlaxda vətəndaşları qəbul edibZaur Mikayılov Yevlaxda vətəndaşları qəbul edibZaur Mikayılov Yevlaxda vətəndaşları qəbul edib