İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
28 Noyabr 2025 23:32
4 144
“Ermənistanın xarici siyasətində dualizm artıq açıq şəkildə görünür”.
Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov “Xalqcəbhəsi.az”-a açıqlamasında vurğulayıb.
O qeyd edib ki, Ermənistan bir tərəfdən Rusiya ilə, xüsusilə Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığı qoruyub saxlayır: “Halbuki, KTMT-də fəaliyyətini durdurub və təşkilatdan çıxmaq niyyətini gizlətmir. Digər tərəfdən isə Avropa İttifaqı ilə əlaqələr sürətlə genişlənir. Aİ–Ermənistan Tərəfdaşlıq Şurasının növbəti, altıncı iclası dekabrın 2-də Brüsseldə keçiriləcək.
Ermənistan eyni anda hər iki geosiyasi mərkəzdə iştirak etməyə çalışır.Bir yandan Avropa ilə inteqrasiyanı dərinləşdirir və perspektivdə üzvlük niyyətini gizlətmir, digər yandan isə Rusiyadan tamamilə uzaqlaşmır. Buna baxmayaraq, Rusiya yaxşı bilir ki, Ermənistan daha çox Vaşinqtona meyillidir və İrəvan bu istiqamətdə ardıcıl addımlar atır”.
Deputat bildirib ki, dekabr görüşündə Ermənistan Avropa ilə əməkdaşlığını, xüsusilə süni intellekt və yüksək texnologiyalar sahəsində genişləndirməyi planlaşdırır: “Eyni zamanda Ermənistan anlayır ki, Azərbaycanla sülh müqaviləsi imzalanmadan real inkişaf və sabitlik mümkün deyil. Bu səbəbdən ümid edirik ki, 2026-cı ildə sülh sazişi imzalanacaq və regionda iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açılacaq”.
Günel Elxan
16 Yanvar 21:29
1 197
16 Yanvar 20:47
1 211
16 Yanvar 17:35
1 463