Əbu-Dabinin simvolları Türkiyə bayrağının rənglərinə boyanıb Dünya

Əbu-Dabinin simvolları Türkiyə bayrağının rənglərinə boyanıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabinin əsas görməli yerləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri şərəfinə Türkiyə bayrağının rənglərinə boyanıb.

Xüsusilə, Fars körfəzinin sahilində yerləşən "Emirates Palace" otelinin üzərinə Türkiyə Respublikasının dövlət bayrağı proyeksiya edilib. Həmin oteldə Türkiyə dövlətinin başçısı BƏƏ-yə rəsmi səfəri zamanı qalıb.

Bundan əvvəl Dubayın əsas görməli yerlərindən biri - Burj Xəlifə göydələni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri münasibətilə Türkiyə bayrağının rənglərinə boyanıb.