Rusiyaya qarşı sanksiyalar Ukrayna probleminin həllinə kömək etməyəcək" Dünya

Rusiyaya qarşı sanksiyalar Ukrayna probleminin həllinə kömək etməyəcək"

Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi Ukrayna ətrafında gərginliyi azaltmağa kömək etməyəcək. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin keçirdiyi brifinqdə bildirib. "Mövcud vəziyyətdə müharibə ilə bağlı qorxuları qızışdırmaq məsuliyyətsiz davranışdır və sanksiya və təzyiqlərin kor-koranə tətbiqi vəziyyəti sakitləşdirməyə kömək etməyəcək", - Vanq deyib. O, blok qarşıdurmasının təbliğatının köhnə soyuq müharibə yoluna qayıdış olduğunu vurğulayıb və tərəfləri Minsk razılaşmalarını yerinə yetirməyə və Ukrayna böhranının siyasi həlli üçün şərait yaratmağa çağırıb.
Cavid