İran-Azərbaycan sərhədində atışma Hadisə

İran-Azərbaycan sərhədində atışma

Naməlum şəxslər posta hücum edib, 4 nəfər ölüb

İran-Azərbaycan sərhədində baş verən silahlı insident zamanı 4 nəfər öldürülüb. APA-nın "Oyannews" istinadən verdiyi məlumata görə, hadisə aprelin 21-də gecə saatlarında İranın Ərdəbil vilayətinin Biləsuvar şəhərinin Xoruzlu kəndində baş verib.
Yerli sakinlər naməlum şəxslərin İran-Azərbaycan sərhədindəki posta hücum etdiklərini və tərəflər arasında silahlı qarşıdurma baş verdiyini bildiriblər. Onlar da həmin 4 nəfərin posta hücum zamanı öldürüldüyünü ehtimal edirlər. Bunlardan birinin polis əməkdaşı, o birinin əsgər, digər ikisinin mülki şəxslər olduğu vurğulanır. Ölənlərin yerli azərbaycanlılar olduqları qeyd edilir.
Hazırda İran polisi və təhlükəsizlik qüvvələri hadisə yerində araşdırma aparır. Hökumət 4 nəfər yerli sakinin ölüm səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verməyib.