İnyesta: Finalın nəticəsini Messi müəyyənləşdirəcək İdman

İnyesta: Finalın nəticəsini Messi müəyyənləşdirəcək

İspaniya millisinin sabiq futbolçusu Andres İnyesta 2026-cı il dünya çempionatının finalında keçiriləcək İspaniya - Argentina matçı barədə danışıb.

Keçmiş futbolçu qarşılaşmanın hər iki komanda üçün çətin keçəcəyini bildirib:

“Bu, hər iki komanda üçün çətin final olacaq. İspaniya öz oyun üslubu ilə Argentinaya problemlər yaradacaq. Komandanın oyun tərzini rəqibə qəbul etdirməsi çox vacibdir”.

İnyesta Argentina millisinin kapitanı Lionel Messinin turnirdəki çıxışını da dəyərləndirib:

“Leo inanılmaz turnir keçirir. Onun performansını təsvir edəcək söz yoxdur. Onu tamamilə zərərsizləşdirmək mümkün deyil. Bu, İspaniyanın əsas məqsədi olmalıdır. Çünki finalın nəticəsini Messi müəyyənləşdirəcək”.

Qeyd edək ki, İspaniya - Argentina finalı sabah - iyulun 19-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.