MMU-da yüksək nəticəli abituriyentlər üçün "Açıq qapı” günü keçirilib
“Mançester Siti”nin 18 yaşlı futbolçusu Bundesliqa klubuna keçdi
Sərxan Həşimov Avropa Şahmat İttifaqının vitse-prezidenti seçilib
Konqo Demokratik Respublikasında Eboladan ölənlərin sayı 864-ə çatıb
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
19:24
721
Odessa yaxınlığında vurulan gəminin kapitanının cənazəsi Azərbaycana yola salınıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
"Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən görülmüş müvafiq konsulluq tədbirləri və əlaqələndirmə işləri nəticəsində 17 iyul tarixində “Atlas Bey” gəmisinin kapitanı Səməd Nəsrullayevin cənazəsi ölkəmizə yola salınıb. Həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", - məlumatda deyilir.
Qeyd edək ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin Okean Maritime şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Gəminin ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olub.
Mülki ticarət gəmisinin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən Azərbaycana yola salınıb, gəmi kapitanı Səməd Nəsrullayevin nəşi tapılıb.
19:23
721
17 İyul 21:31
2 198
17 İyul 17:26
1 645