“Uşaqlar müxtəlif təsirlər altına düşə bilərlər” Hadisə

“Uşaqlar müxtəlif təsirlər altına düşə bilərlər”

"Yetkinlik yaşına çatmayan uşaqların dünya görüşləri tam formalaşmadığına görə, valideynlərin məsuliyyətsizliyi, baxımsızlığından müxtəlif təsirlər altına düşə bilərlər". Bunu millər vəkili Astan Şahverdiyev deyib. O qeyd edib ki, valideynlərlər öz vəzifələrini yerinə yetirmədikləri halda, yetkinlik yaşına çatmayan uşaqlar terrorizmə, narkotik maddələrdən istifayə və bu kimi digər istiqamətlərə yönləndirilə bilərlər: "Bu, bütün dünyada mövcuddur və çox çətin prosesdir. Ona görə, "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" qanun layihəsi çox önəmlidir və vaxtında qəbul olunub".
Millət vəkili bildirib ki, bir neçə gün öncə Milli Məclisdə sözügedən qanuna dəyişiklik edilib: "Qanun layihəsinə edilən dəyişiklik onu daha humanist etdi. Əlavə olunan yeni maddədə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri müəyyən olunub. Bunlar stasionar tibb müəssisələrinə yerləşdirilməsi, xəstəliyin terminal (son) mərhələdə olması, uzunmüddətli ezamiyyətə göndərilmələri, barələrində həbs qətimkan tədbirinin seçilməsi, inzibati həbsdə olmaları kimi valideynlərin və digər qanuni nümayəndələrin iradəsindən asılı olmayan səbəblərdir".