Hava proqnozu Hadisə

Hava proqnozu

Bakı və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, axşam hava arabir tutulacaq.
Cənub küləyi əsəcək. Axşama doğru şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 10-13, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində 29 dərəcəyədək isti olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında mayın 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 25-30, bəzi yerlərdə 33 dərəcə isti, dağlarda gecə 6-11, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, yaxın iki-üç gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.