

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Amerikanın “Chevron” neft şirkəti şist neft istehsalçısı “Hess”i 53 milyard dollara almaqla bağlı sövdələşmənin bağlandığını elan edib.
Bu barədə “Report” şirkətə istinadən xəbər verir.
Sövdələşmənin tamamlanması Parisdəki Beynəlxalq Ticarət Palatasının müqaviləni əngəlləməyə çalışan “ExxonMobil”in iddialarını rədd etməsindən sonra mümkün olub. Bu xəbərlər fonunda “Chevron”un səhmləri birjadankənar ticarətdə 3 % bahalaşıb.
Qeyd edək ki, “Chevron” hələ 2023-cü ilin oktyabrında “Hess”i almaq planlarını açıqlamışdı. Əsas maneə “ExxonMobil”in opetatoru olduğu, həmçinin Çinin “Cnooc” şirkətinin də iştirak etdiyi Qayana sahillərində işlənən “Stabroek” neft yatağında “Hess”in payı (30 %) idi. Hər iki tərəfdaşın aktivləri almaq üçün prioritet hüququ var idi.
2024-cü ilin mart ayında “ExxonMobil” üstünlük hüququndan istifadə etməkdə israr edərək, sövdələşməni dayandırmaq üçün arbitraj iddiası qaldırıb. Amma “Chevron” satınalma hüququnun korporativ birləşməyə şamil edilmədiyini iddia edib və tribunal bu mövqe ilə razılaşıb.
“Stabroek” yatağı regionun əsas aktivlərindən biridir, 2024-cü ildə orada gündəlik 600 min bareldən çox neft hasil edilib.
“ExxonMobil” arbitrajın qərarından razı qalmadıqlarını, lakin qərarı qəbul edərək yatağın böyük hissəsinə nəzarəti əlində saxlamaqla və Qayanada əsas operator olmaqla regiondakı fəaliyyətini davam etdirəcəyini bildirib.