Ərdoğan Putinlə Suriyanı müzakirə edib Dünya

Ərdoğan Putinlə Suriyanı müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Türkiyə və Rusiya liderləri ikitərəfli əlaqələri, Suriya və Ukraynanı müzakirə edib.

Ərdoğan Putinə Ukrayna ilə danışıqların üçüncü raunduna başlamağın vacibliyini və nümayəndə heyətlərini İstanbulda qəbul etməyə hazır olduqlarını bildirib.