Tramp media maqnatı Murdokun məhkəmədə ifadə verməsini səbirsizliklə gözlədiyini açıqlayıb Dünya

Tramp media maqnatı Murdokun məhkəmədə ifadə verməsini səbirsizliklə gözlədiyini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp media maqnatı Rupert Merdokun məhkəmədə ifadə verməsini səbirsizliklə gözlədiyini bildirib.

"Report" xəbər verir ki, o, bu barədə "Truth Social"da müvafiq yazı dərc edib.

"Mən Rupert Merdokun ona və WSJ adlanan "zibil yığınına" qarşı iddiam üzrə məhkəmədə ifadə verməsini səbirsizliklə gözləyirəm. Bu, maraqlı təcrübə olacaq", - paylaşımda deyilir.