Bulvarda atraksionlar pulsuz olacaq Hadisə

Bulvarda atraksionlar pulsuz olacaq

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Dənizkənarı Milli Parkda atraksionlar pulsuz olacaq. Bunu Modern.az-a açıqlamasında Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirdi.
İdarə rəsmisinin sözlərinə görə, aksiya 1 iyun saat 09:00-dan günorta saat 13:00-a qədər davam edəcək. İstənilən şəxs gələrək burada istirahət edə və bolluca əylənə bilər. Qeyd edək, Dənizkənarı Bulvar İdarəsi mütəmadi olaraq imkanı zəif ailələri nəzərə alaraq atraksionlardan pulsuz istifadə aksiyaları keçiririr.