Tramp: "Rusiya və Ukrayna ilk dəfədir ki, nizamlanma istəyir" Dünya

Tramp: "Rusiya və Ukrayna ilk dəfədir ki, nizamlanma istəyir"

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasındakı münaqişənin tənzimlənməsinə həsr olunmuş baş tutan və planlaşdırılan telefon danışıqları barədə məlumat verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Clash Report" məlumat yayıb.

Amerikalı liderin sözlərinə görə, təmaslar noyabrın 7-də baş tutub, yeni danışıqlar isə noyabrın 8-nə planlaşdırılıb.

"Mənə elə gəlir ki, Rusiya və Ukrayna ilk dəfədir ki, nizamlanma istəyir. Görüşlərimiz keçirilir. Bu gün telefon zənglərim oldu. Sabah yeniləri nəzərdə tutulur. Hesab edirəm ki, bu, çox genişmiqyaslı nizamlanma olacaq. Zənnimcə, bu, bütün Avropaya təsir göstərəcək", - deyə Tramp bəyan edib.

Bu arada Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri noyabrın 10–11-də Əbu-Dabidə danışıqlar aparmalıdır. Görüşdə ABŞ-ni prezidentin xüsusi elçisi Stiv Uitkoff və amerikalı liderin kürəkəni Cared Kuşner təmsil edəcək.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna üzrə danışıqlarda Rusiya nümayəndə heyətinə Vladimir Medinski rəhbərlik edəcək.

Məryəm Quliyeva