Parisdə etiraz aksiyasına 60 min nəfərin çıxacağı gözlənilir Dünya

Parisdə etiraz aksiyasına 60 min nəfərin çıxacağı gözlənilir

Fransa hakimiyyət orqanları əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə etiraz olaraq noyabrın 7-də Parisdə keçiriləcək nümayişə 60 minədək insanın çıxacağını gözləyir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "BFMTV" telekanalı mənbəyə istinadən məlumat yayıb.

Həmçinin hüquq-mühafizə orqanları nümayişdə 400-ədək radikal şəxsin iştirak edəcəyinə hazırlaşır. Kanalın Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Loran Nunyesə istinadən verdiyi xəbərə görə, sosial şəbəkələrdə artıq dövlət müəssisələrində poqromlar törətməyə və mağazaları qarət etməyə çağırışlar yayılır.

DİN-in məlumatına görə, noyabrın 5-də keçirilən əvvəlki aksiyaya Parisdə 65 min insan qatılmışdı.

Şənbə günü yürüş şəhərin şərqindəki Respublika meydanından Millət meydanına doğru keçiriləcək. Bu, Paris Polisa Prefekturası tərəfindən icazə verilmiş yeganə marşrutdur. Eyni zamanda, "sarı jiletlilər" hərəkatı hakimiyyətin razılaşdırmamasına baxmayaraq, paytaxtın mərkəzindəki Razılıq meydanında etiraz aksiyası keçirmək niyyətində olduğunu bəyan edib.

Məryəm Quliyeva