6 Noyabr 17:34
6 Noyabr 15:39
6 Noyabr 15:34
14:03
238
Birləşmiş Ştatlar və İran gərginliyin daha da artmasının qarşısını alacaq saziş bağlamaq imkanını əldən verərək, sülh sazişinin bağlanması üçün mükəmməl məqamı gözləməməlidir.
Xalqcebhesi.az xəbər verir ki. bu barədə Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani bəyan edib.
"Biz heç vaxt mükəmməl sülh sazişi əldə etməyəcəyik. Lakin biz gərginliyi dayandıracaq yaxşı bir sövdələşməni bağlamaqdan yayınaraq, sadəcə həmin məqamı gözləyə bilmərik", - deyə o, "Oksford İttifaqı" diskussiya klubunda çıxışı zamanı bildirib. Çıxışın videoazısını Qətərin Xarici İşlər Nazirliyi yayımlayıb. Qətər hökumətinin başçısı vurğulayıb ki, Doha regionda vəziyyətin normallaşdırılması üçün vasitəçilik səylərini davam etdirir.
Məryəm Quliyeva