“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb İqtisadiyyat

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

Azərbaycanın neft sənayesinin əsas simvollarından biri olan “Çıraq” platformasından indiyədək 108 milyon tona yaxın neft hasil edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Energetika Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunda yerləşən “Çıraq” platformasından ilk neft hasilatına başlanılmasından 29 il ötür.

Məlumata görə, platformanın istismara verildiyi vaxtdan 2026-cı il noyabrın 1-dək burada 107,8 milyon ton neft və 25 milyard kubmetr qaz hasil edilib.

Xatırladaq ki, AÇG layihəsində iştirak payları aşağıdakı kimidir: BP – 30,37% (operator), AzACG (SOCAR) - 35,3%, MOL - 9,57%, “Inpex” - 9,31%, “ExxonMobil” - 6,79%, TPAO - 5,73% və “ONGC Videsh Ltd.” (OVL) – 2,92%.