Zəfər gününün hava proqnozu açıqlanıb Hadisə

Zəfər gününün hava proqnozu açıqlanıb

Sabah Azərbaycanda hava necə olacaq?

Noyabrın 8-i gözlənilən hava proqnozu açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 14-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.