Bu ildən İlahiyyat İnstitutuna qəbul aparılacaq Hadisə

Bu ildən İlahiyyat İnstitutuna qəbul aparılacaq

"2018-2019-cu tədris ilindən başlayaraq İlahiyyat İnstitutuna qəbul aparılacaq".
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov məlumat verib.
Komitə rəsmisi deyib ki, hazırda İlahiyyat İnstitunun harada yaradılması məsələsi müzakirə olunur.
"İlkin olaraq İlahiyyat İnstitutunun Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin nəzdində yaradılması nəzərdə tutulur. İnstitutunun geniş imkanları yaradılacaq, yataqxanası tikiləcək. O cümlədən, dövlət hesabına maliyyələşdirilməsi, dünya səviyyəli institunun yaradılması nəzərdə tutulur. Prezidentin sərəncamına əsasən, yaxın iki ay ərzində bütün texniki məsələlər həll ediləcək. Çalışacağıq ki, bu il İlahiyyat İnstitununa qəbul həyata keçirilsin".
"Yeni yaradılan İlahiyyat İnstitutunda dini yazarlarımız yetişdiriləcək. Onlar öz əsərlərində Azərbaycanın milli mənəvi dəyərlərini nəzərə alacaqlar".
Bunu AzVision.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib. Komitə rəsmisi deyib ki, burada məqsəd gəncləri yad dini ideologiyalardan qorumaqdır.