Bakıda "Media və dekolonizasiya" mövzusunda beynəlxalq konfrans keçirildi - FOTO
“Ermənistan daxilində qurulan rejim özünü xarici siyasi konjunkturdan asılı vəziyyətə salıb”
Burkina-Faso rəsmisi: BTQ ilə əməkdaşlığımızı daha da genişləndirəcəyik
Çində "Bavi" qasırğasına görə 2 milyona yaxın insan təxliyə edilib
1 Avqust 2019 17:26
1 974
Təhsil naziri Ceyhun Bayramov “Şagirdlərin yerdəyişməsi prosesinin elektronlaşdırılması haqqında” əmr imzalayıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, əmrə əsasən, 2019-2020-ci dərs ilindən etibarən ümumtəhsil məktəb şagirdlərinin yerdəyişməsi ölkə üzrə elektron sistem vasitəsilə həyata keçiriləcək.
“Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə alt-sistem” avqustun 15-dən istifadəyə veriləcək.
Əmr ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq və icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.