BTQ ilə Burkina-Fasonun Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu arasında memorandum imzalandı Siyasət

BTQ ilə Burkina-Fasonun Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu arasında memorandum imzalandı

Bu gün Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Burkina-Fasonun Xarici İşlər Nazirliyinin Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu (INHEI) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi BTQ-nin icraçı direktoru Abbas Abbasov və INHEI-nin baş direktoru Filip Sandvidi imzalayıblar.

Bildirilib ki, bu əməkdaşlıq BTQ-nin fəaliyyət coğrafiyasının Afrika istiqamətində genişlənməsi baxımından mühüm addımdır.

BTQ indiyədək müxtəlif ölkələrin siyasi partiyaları və siyasi hərəkatları ilə əməkdaşlıq sənədləri imzalasa da, bu memorandum təşkilatın ilk dəfə bir dövlət qurumu ilə rəsmi əməkdaşlığa başlamasını rəsmiləşdirib.

Medial

Medial