6 Noyabr 17:34
6 Noyabr 15:39
6 Noyabr 15:34
11 İyul 13:13
2 338
Bakı Təşəbbüs Qrupu ilə Burkina-Fasonun Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu arasında imzalanan Anlaşma Memorandumu BTQ-nin tarixində dövlət qurumu ilə bağlanan ilk əməkdaşlıq sənədi olub.
Bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov brifinqdə bildirib.
O qeyd edib ki, Burkina-Fasonun Xarici İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu ilə imzalanan Anlaşma Memorandumu BTQ üçün yeni mərhələnin başlanğıcıdır:
“Memorandum çərçivəsində birgə elmi tədqiqatların aparılması, hesabatların hazırlanması, təlimlərin təşkili və dekolonizasiya sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur”.
O bildirib ki, institut Burkina-Fasoda diplomatların hazırlanması üzrə ixtisaslaşmış dövlət qurumudur və əməkdaşlıq gələcəkdə bu sahədə yeni layihələrin həyata keçirilməsinə imkan yaradacaq:
“Təşkilat gələcəkdə digər Afrika ölkələrinin dövlət qurumları ilə də oxşar əməkdaşlıq sənədlərinin imzalanmasını nəzərdən keçirir”.