Bakıda "Media və dekolonizasiya" mövzusunda beynəlxalq konfrans keçirildi - FOTO
“Ermənistan daxilində qurulan rejim özünü xarici siyasi konjunkturdan asılı vəziyyətə salıb”
Burkina-Faso rəsmisi: BTQ ilə əməkdaşlığımızı daha da genişləndirəcəyik
Çində "Bavi" qasırğasına görə 2 milyona yaxın insan təxliyə edilib
13:15
588
Çinin şərq sahillərinə yaxınlaşan "Bavi" qaısrğası ilə əlaqədar ölkədə 1,8 milyondan çox insan təhlükəsiz ərazilərə təxliyə olunub.
“Reuters“ xəbər verir ki, qasırğa Yaponiyanın cənubundakı Sakişima adalarına güclü yağış və şiddətli küləklə təsir göstərdikdən, həmçinin Tayvanın şimalı yaxınlığından keçdikdən sonra Çinin böyük şəhərlərindən olan Vençjou istiqamətində hərəkət edir.
Meteoroloqların məlumatına görə, "Bavi" getdikcə zəifləyir və sürəti azalır. Bununla belə, qasırğa hələ də ciddi təhlükə yaradır. Buna səbəb onun daşıdığı böyük həcmdə rütubət və geniş yağış zolaqlarıdır. Bildirilir ki, qasırğanın yağış buludları ölçü baxımından təxminən Fransa ərazisi qədərdir.
Yerli hakimiyyət orqanları mümkün daşqınlar, torpaq sürüşmələri və güclü küləklərlə bağlı əhaliyə xəbərdarlıq edib.